AZCLOUD ScaleUp
ilə yüksəl!


AZCLOUD ScaleUp
ilə yüksəl!


Proqram barədə
Startapların üzləşdiyi xərclərdən ən əsasının infrastruktur olduğunu anlayırıq. Buna görə də, AZCLOUD bulud xidmətlərindən istifadə edərək, istənilən mərhələdə olan startaplara yaratmaq, təkmilləşmək və daha da inkişaf etmək üçün AZCLOUD ScaleUp dəstək proqramını yaratdıq. Əgər sən də bizim tərəfdaşlarımızın hər hansı biri ilə əlaqəlisənsə və startapın prioritet sahəsinə aiddirsə, 5000 AZN-dək AZCLOUD xidmətləri əldə edə və eyni zamanda, təlimlər və PR dəstək ala bilərsən.
Ölkənin inkişafı üçün mühüm sahələrdə ağıllı tətbiqlər
Təhsilin inkişafı üçün lazım olan texnoloji vasitələrin tətbiqi
İnternet vasitəsilə aparılan ticarət (məhsul və ya servis satışı, pul köçürmələri) üzrə həllər
Ağıllı ölkə
EdTech
E-commerce
AgroTech
Kənd təsərrüfatında prosesləri və effektivliyi artırmaq məqsədilə avtomatlalşdırma layihələri
GreenTech
İnsan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin azaldılması üzrə layihələr
Diqqət və dəstəyə daha çox ehtiyacı olduğunu düşündüyümüz 7 startap sahəsi seçmişik.
İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə olunan texnoloji yeniliklər
MedTech
GameTech
Oyunların yaradılması və inkişafı üçün tətbiqlər

Prioritet sahələri

İştirak şərtləri

Startap AZCLOUD ScaleUp proqramının prioritet sahələrinə aid olmalıdır
Prioritet sahələri: Ağıllı ölkə, GreenTech, EdTech, MedTech, AgroTech, GameTech və E-ticarət
AZCLOUD ScaleUp Tərəflaşlarında üzvlük
AZCLOUD ScaleUp Tərəfdlaşların dəstəyi ilə keçirilir. Hazırda proqrama yalnız Tərəfdaşların (İnkubator, Akseleraor və satrtapların inkişafı ilə məşğul olan digər təşkilatların) üzvü olan startap layihələri iştirak edə bilər
Startap komandası ən azı iki üzvdən ibarət olmalıdır
Üzvlərdən ən azı bir nəfərin texniki mütəxəssisin olması önəmlidir
Vebsayt
Startap layihəsinin korporativ veb səhifəsinin mövcud olmalıdır
Startapı təmsil edən namizədin 18 yaşdan yuxarı olması
AR Mülki Məcəlləsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyətinin 18 yaşına çatdıqda tam olaraq formalaşdığını nəzərə alaraq, yalnız 18 yaşı tamam olmuş namizədlərin AZCLOUD portalında bulud xidmətlərindən istifadə etməsinə imkan yaradılır.
Startap pasportu*
*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.01.2021 tarixli 20 və 21 saylı qərarlarına istinadən innovativ layihələrin ictimaiyyət üçün açıq reyestrin fəaliyyətə başladığı tarixdən AZCLOUD ScaleUp proqramında iştirak üçün müraciət edən startaplardan "Startap Pasport"un nömrəsinin təqdim etdilməsi tələb olunacaq.

Proqrama qəbul necə baş verir?

Startap layihəsi AZCLOUD ScaleUp vebsaytında müraciət formasını doldurur
Startap layihənin təqdim etdiyi məlumatlar müvafiq AZCLOUD ScaleUp Tərəfdaşına yoxlanış və təsdiq üçün göndərilir
Tərəfdaşın təsdiqi alındıqdan sonra AZCLOUD ScaleUp təşkilatçıları tərəfindən yekun qərar qəbul edilir
Seçilmiş startaplara qəbul haqda e-mail və müvafiq vauçer təqdim olunur

AZCLOUD vauçerlərin kateqoriyaları

Meyarlar
600 AZN
vauçer
2400 AZN
vauçer
5000 AZN
vauçer
Komandanın tərkibi (nəfər)
2-5
5-10
10+
Startapın fəaliyyət müddəti (ay)
1-3
3-12
12 +
Startapın inkişaf mərhələsi
İşlək prototipi olmayan startaplar

Minimal işlək məhsulu (MVP) olan startaplar
Formalaşmış startap/Kiçik biznes (SME)
AZCLOUD ScaleUp proqramına qoşulmağa hazırsan?