FAQ

FAQ
SUAL:
AZCLOUD ScaleUp hansı təklifləri edə bilər?
CAVAB:
Biz seçilmiş startaplara 5000 AZN-dək AZCLOUD bulud xidmətlərindən, həmçinin, müxtəlif təlimlər və PR üzrə dəstək təklif edirik.
SUAL:
Seçim kriteriyaları nələrdir? Proqrama uyğun olduğumu necə anlaya bilərəm?
CAVAB:
AZCLOUD ScaleUp proqramı Ağıllı ölkə, EdTech, AgroTech, GreenTech,Gametech və E-ticarət kimi prioritet sahələr üzrə startaplar üçün nəzərdə tutulub. Bütün seçim meyarları ilə linkə keçid edərək tanış ola bilərsiz.
SUAL
AZCLOUD ScaleUp proqramında iştirak üçün necə müraciət edə bilərəm?
CAVAB:
Saytımızda müraciət formasını doldurmağınız kifayətdir; qalan işləri biz həll edirik! Müraciət formasına keçid
SUAL:
Akseleratorum AZCLOUD ScaleUp Tərəfdaşı olmadığı təqdirdə, yenə də müraciət edə bilərəm?
CAVAB:
Bəli, biz Tərəfdaş şəbəkəmizi daima genişləndirməkdəyik. Üzv olduğun İnkubasiya və Akselerasiya mərkəzindən bizimlə bu link vasitəsilə əlaqə saxlamasını xahiş et.
SUAL:
Vauçer nədir?
CAVAB:
Vauçer - AZCLOUD ScaleUp proqramına seçilmiş startaplar üçün 12 ay müddətində təmənnasız olaraq 600, 2400, 5000 AZN dəyərində olan bulud xidmətlərindən (compute, network, storage) yararlanması məqsədilə təqdim olunan imkan vasitəsini ifadə edir.
SUAL:
Mənə təqdim edilən vauçeri digərləri ilə bölüşə bilərəm?
CAVAB:
Xeyr, vauçer digər şəxslərə verilə bilməz. Bu məsələ Azcloud tərəfindən yoxlanılır və qayda pozuntusu halında AZCLOUD sizin vauçerinizi ləğv edə bilər.
SUAL:
Xərclər startapıma ayrılan vauçer məbləğini keçərsə, nə baş verir?
CAVAB:
Əgər vauçer limitinizi keçirsizsə, müvafiq olaraq əlavə istifadəyə görə ödəniş etməli olacaqsız.
Sualına cavab tapmadın? Bizə yaz!
E-mail
Sual