"AZCLOUD ScaleUp" proqramının keçirilməsinə dair tənzimləmə şərtləri və qaydaları

01.05.2021 tarixli versiya 1.0
Anlayışlar:

"Azcloud ScaleUp" proqramın təşkilatçısı: Əlibəy Hüseynzadə, 74 ünvanında fəaliyyət göstərən "AzInTelecom" Məhdud Məsuliyyətli Cəmiyyəti.

"Azcloud ScaleUp" proqramı çərçivəsində yeni ideyaların yaradılması məqsədilə startap layihələrinə dəstək göstərərək "AzInTelecom" MMC (bundan sonra AzInTelecom) təşkilatçı qismində çıxış edərək müvafiq tədbirləri həyata keçirir.

Tərəfdaşlar-"Azcloud Scaleup" proqramı çərçivəsində AzInTelecom ilə Anlaşma Memorandumlarını imzalayan Inkubasiya, Akselerasiya Mərkəzləri, Vençur Fondları və digər aidiyyəti olan təşkilatlar.

Namizədlər-"Azcloud ScaleUp" proqramında iştirak etmək niyyətində olan və bu məqsədlə "Azcloud ScaleUp" saytı üzərindən müraciət etmiş, 18 ( on səkkiz) yaşına çatmış Startap layihəsini təmsil edən fiziki şəxslər.

İştirakçılar-"Azcloud ScaleUp" saytı üzərindən müraciət etmiş və iştirak etmək hüququnu qazanmış 18 ( on səkkiz) yaşına çatmış Startap layihəsini təmsil edən fiziki şəxslər.

Startap layihəsi-innovativ təşəbbüsə əsaslanan və yeni texnologiyanın tətbiqi ilə həllərin yaradılması üzrə fəaliyyət göstərən ekosistem iştirakçısı.

Məlumatlar-"Azcloud ScaleUp" proqramında iştirak etmək məqsədilə Namizədlər tərəfindən "Azcloud ScaleUp" Tərəfdaşların üzvləri olması ilə bağlı, Namizədlərin adları, soyadları, e-mail ünvanları, mütləq şəkildə startap pasportun nömrəsi (Startup Sertifikatı olduğu halda), Startap layihəsinin fəaliyyət istiqaməti, müddəti və komanda tərkibindən ibarət olan elektron qaydada yüklənilən məlumatlar.

"Azcloud ScaleUp" proqramı üzrə Prioritet İstiqamətlər-oyunların yaradılması və inkişafı üçün tətbiqlər ("Gametech"), internet vasitəsilə aparılan ticarət, pul köçürmələri ("E-commerce"), təhsilin inkişafı üçün lazım olan texnoloji vasitələrin tətbiqi ("Edtech"), ölkənin inkişafı üçün mühüm sahələrdə ağıllı tətbiqləri ("Smart Nation"), texnologiyadan istifadə edərək insan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin azaldılması ("Greentech"), insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə olunan texnoloji yeniliklər (Medtech"), kənd təsərrüfatında proseslərin avtomatlaşdırılması və effektivliyinin artırılması ("Agrotech") üzrə Startap layihələri.

Vauçerlər- "Azcloud Scaleup" proqramı çərçivəsində seçilmiş İştirakçılar üçün 12 (on iki) ay müddətində təmənnasız olaraq 600, 2400, 5000 AZN (ədv xaric) dəyərində olan bulud xidmətlərindən (compute, network,storage) yararlanması məqsədilə təqdim olunan imkan vasitəsini ifadə edir.

"Azcloud ScaleUp" proqramının məqsədi:

Ölkədə əlverişli ekosistemin inkişafına töhfə verərək innovativ sahibkarlığın təşviqi məqsədilə Startap layihələrinə birbaşa dəstək göstərmək.

Təhsilin inkişafı üçün lazım olan texnoloji vasitələrin tətbiqi, oyunların yaradılması və inkişafı üçün tətbiqlər, ölkənin inkişafı üçün mühüm sahələrdə ağıllı tətbiqlərin istifadəsi, texnologiyadan istifadə edərək insan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin azaldılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə olunan texnoloji yeniliklər inkişafına təkan verən yenilik və aktuallığı ilə seçilən ideyaların inkişafına təşviq və dəstək göstərmək.

"Azcloud ScaleUp" proqramında iştirak şərtləri və tələbləri

"Azcloud ScaleUp" proqramı üzrə şərtlər və tələblər aşağıdakı qaydada müəyyən olunur:

- 18 yaşdan yuxarı olan Azərbaycan vətəndaşlarının iştirakı nəzərdə tutulur;

- "Azcloud ScaleUp" proqramı çərçivəsində Tərəfdaşların üzvləri olmaq;

- Startap pasportuna mütləq şəkildə (startap sertifikatına olduğu halda) malik olmaq;

- Startap layihənin üzvlərinin ən azı iki İştirakçıdan ibarət olması və üzvlərdən ən azı bir nəfər texniki mütəxəssisin olması;

- Startap layihəsinin korporativ veb səhifəsinin mövcud olması;

- Startap layihənin fəaliyyət sahəsinin "Azcloud ScaleUp" proqramının Prioritet İstiqamətlərinə uyğun olması;

- Startap layihəsinin fəaliyyət müddəti ən azı bir ay təşkil etməlidir.


"Azcloud ScaleUp" proqramı çərçivəsində İştirakçılar tərəfindən təqdim olunan sənədlər və məlumatlar aşağıdakılardır:

Namizədin adı, soyadı, e-mail ünvanı;
Startap pasportun nömrəsi (olduğu halda startap sertifikatı);
Startap layihəsi üzrə fəaliyyət istiqaməti və fəaliyyət müddəti;
Startap layihəsinin üzvləri barədə məlumat;
Tələb olunan digər sənədlər və məlumatlar AzInTelecom-un sorğusu əsasında həyata keçirilir.

"Azcloud ScaleUp" proqramı üzrə qeydiyyat prosesinin aparılma qaydası:

- Namizədlər elektron qeydiyyatdan keçmək üçün "Azcloud scaleUp" saytına daxil olub tələb olunan Məlumatları sistemə daxil edirlər.

- Məlumatlar elektron qaydada daxil edildikdən sonra Tərəfdaşın yoxlanışı və təsdiqi üçün ona göndərilir. Tərəfdaşın verdiyi rəyə uyğun olaraq və AzInTelecom-un daxili qiymətləndirməsinə əsasən aidiyyəti qarar qəbul edilir. AzInTelecom tərəfindən imtina qərarı verildiyi halda, Namizədlərin e-mail ünvanına imtina cavabı göndərilir.

- "Azcloud ScaleUp" proqramını təmsil etmək imkanını qazanmış İştirakçıların e-mail ünvanına təsdiq cavabı göndərilir və onların müraciəti (elektron qeydiyyatı) zamanı təqdim etdiyi Məlumatlara uyğun olaraq müvafiq məbləğdə Vauçer göndərilir.

- "Azcloud ScaleUp" proqramını təmsil etmək hüququnu qazanmış İştirakçılar öz növbəsində https://console.azcloud.az link üzərindən qeydiyyatdan keçərək tələb olunan özünə aid şəxsi məlumatları o cümlədən, aktiv bank kartını daxil etməlidir.

Vauçerdən Istifadəsi üzrə qaydalar

Vauçerin üçüncü şəxslərə ötürülməsi, müvəqqəti istifadəyə verilməsi və satışı yolverilməzdir;

Hər Startap layihəsi üzrə ancaq 1 (bir) Vauçer təqdim olunur;

Vauçer aktivləşdirildikdən sonra Vauçerin məbləği 12 (on iki) ay ərzində istifadə oluna bilər;

Vauçerdə əks olunan məbləğ Vauçerin istifadə müddətindən tez bitdiyi zaman, bütün əlavə istifadə olunan resursların haqqı qeydiyyat zamanı daxil edilən bank kartından tutulacaq;

Vauçerdə mövcud olan məbləğ 12 (on iki) ay ərzində istifadə olunmadığı halda həmin məbləğ Vauçerin bitdiyi müddətdən sonra silinmiş hesab olunur və Vauçerin istifadə müddətinin bitməsi ilə bağlı elektron qaydada (e-mail vasitəsi ilə) xəbərdarlıq edilir;

Vauçeri kriptovalyutanın mayninqi və sistem resurslarının digər sui-istifadə hallarına yol verməməlidir;

Vauçerlər Startap layihələrini təmsil edən İştirakçılar arasında müstəqil razılaşma yolu ilə bölüşdürülür.

Startap layihələrini təmsil edən İştirakçılar "Azcloud ScaleUp" proqramı çərçivəsində müəyyən olunmuş tənzimləmə şərtlərini və qaydalarını, sistem resurslardan sui-istifadə etdiyi və üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozduğu halda Vauçer AzInTelecom tərəfindən deaktiv olunur.


Fərdi məlumatların İşlənilməsi


İştirakçı "Azcloud ScaleUp" proqramında iştirak etmək üçün onun elektron qeydiyyatının aparılması, fərdi məlumatlarının təqdim edilməsi və fərdi məlumatlarının işlənməsinə dair öz razılığını bildirir.

"Azcloud ScaleUp" proqramı çərçivəsində təqdim etdiyi fərdi məlumatların Təşkilatçı tərəfindən saxlanılmasına və işlənməsinə (o cümlədən toplanması, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəyişikliklərə dair yenilənməsi, istifadə edilməsi, yayımlaması) dair öz razılığını bildirir. Qeyd edilən icazə "Azcloud ScaleUp" proqramı zamanı və "Azcloud ScaleUp" proqramından sonrakı qeyri-müəyyən dövrə şamil edilir.

AzInTelecom tərəfindən "Azcloud ScaleUp" proqramına seçilmiş Startap layihələrin adları, vebsaytı, loqotipi və digər ümumi məlumatların istifadəsinə (məsələn proqramın vebsaytında, promo xarakterli analoq və rəqəmsal daşıyıcılarda) dair Startap layihələrini təmsil edən İştirakçılar razılıq verir.


"Azcloud ScaleUp" Proqramı çərçivəsində tərəflərin məsuliyyəti

AzInTelecom "Azcloud ScaleUp" proqramında iştirak etmək hüququnu qazanmış Startap layihələri üçün ayrılan Vauçerlər əsasında bulud xidmətlərindən (compute, network,storage) yararlanmasını təmin etmək, müxtəlif təlimlər keçirmək, o cümlədən Startap layihələrinin AzInTelecom-a məxsus kanalları (vebsayt, sosial media platformaları və s.) üzrə dəstək göstərməsinə dair məsuliyyət daşıyır.

AzInTelecom uyğun gördüyü halda "Azcloud ScaleUp" veb səhifəsində tənzimləmə şərtlərinə və qaydalara dair müəyyən dəyişikliklər etmək səlahiyyətinə malikdir.

AzInTelecom "Azcloud ScaleUp" veb səhifəsində Namizədlərin müraciətlərini nəzərdən keçirtmək və Startap layihələrini təmsil edən İştirakçıları tənzimləmə şərtlərində və qaydalarında müəyyən olunan dəyişikliklər barədə veb sayt/və ya e-mail vasitəsilə xəbər etməyə dair məsuliyyət daşıyır.

Startap layihələrini təmsil edən İştirakçılar yuxarıda qeyd olunan mənbələr vasitəsilə paylaşılan məlumatlar və dəyişikliklər barədə xəbərdar olmağa birbaşa məsuliyyət daşıyırlar.

AzInTelecom "Azcloud ScaleUp" proqramında iştirak etmək hüququnu qazanmış İştirakçılara seçilmiş kateqoriyalara uyğun olaraq 600, 2400, 5000 AZN (ədv xaric) dəyərində olan vauçerləri təqdim etməyə dair məsuliyyət daşıyır.

"AzCloud ScaleUp" proqramını təmsil edən İştirakçılar Startap layihəsi ilə bağlı bütün fikirlərin, yaradıcılıq prosesinin, proqram təminatının, işlənmə üsulunun ona aid olmasına dair zəmanət verir və üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

İştirakçılar verdikləri qeyri-dəqiq və ya yanlış Məlumatlara görə birbaşa özləri məsuliyyət daşıyırlar.

"Azcloud ScaleUp" proqramında iştirak etmək hüququnu qazanmış İştirakçılar Vauçerin üçüncü şəxslərə ötürülməsi, satışı və müvəqqəti istifadəyə verilməsi halları baş verdiyi halda İştirakçı birbaşa məsuliyyət daşıyır.

AzInTelecom "Azcloud ScaleUp" proqramında iştirak etmək hüququnu qazanmış İştirakçılara seçilmiş kateqoriyalara uyğun olaraq 600, 2400, 5000 AZN (ədv xaric) dəyərində olan vauçerləri təqdim etməyə dair məsuliyyət daşıyır.

"Azcloud ScaleUp" Proqramında İştirak hüququnu alınması barədə elan və Vauçerlərin təqdim Edilməsi

"Azcloud ScaleUp" proqramı çərçivəsində Startap kateqoriyaları üzrə 3 (üç) növ Vauçer təqdim olunur:

- Erkən mərhələ/işlək olmayan prototip kateqoriyalı Startap layihələri üçün-600 AZN (ədv xaric)
- Minimal işlək məhsulu (MVP)/bazara çıxarılmış tam işlək məhsulu olan Startap layihələri üçün-2400AZN (ədv xaric)
- Kiçik biznes/ böyümə potensialı olan Startap layihələri üçün -5000AZN(ədv xaric)

"Azcloud ScaleUp" layihəsinin İştirakçıları və Vauçerlərin təqdim edilməsi Startap layihələrini təmsil edən Namizədlər tərəfindən elektron qaydada doldurulan Məlumatları rəhbər tutaraq, Tərəfdaşın təsdiqinə və AzInTelecom-un daxili dəyərləndirməsinə əsasən həyata keçirilir.

"Azcloud ScaleUp" İştirakçıları üçün ayrılan Vauçer əsasında bulud xidmətlərindən (compute, network,storage) yararlanmasını təmin edir və yuxarıda qeyd olunmuş kateqoriyalara uyğun olaraq 600, 2400, 5000 AZN (ədv xaric) dəyərində olan Vauçerləri əldə edir.